“Neftçi”nin rəqibi braziliyalı futbolçu ilə müqavilə bağladı

“Neftçi”nin Avropa Konfrans Liqasıın 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” daha bir futbolçusu ilə anlaşmanın müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Kipr klubu Vanderson De Jesus Martins (Kaju) ilə 2 illik müqavilə bağlayıb. 26 yaşlı braziliyalı futbolçu sol cinah müdafiəçisidir.

O, 2018/19-cu illər mövsümündə APOEL-də icarə əsasında çıxış edib. Kaju Braziliyanın “Santos” və “Qoyas”, Portuqaliyanın “Braqa” komandalarında da forma geyinib.

Ötən mövsümü icarə əsasında “Aris”də keçirən müdafiəçi 20 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button