“Neftçi”nin rəqibi afrikalı hücumçu transfer etdi
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan İstanbul təmsilçisi İngiltərənin “Stok Siti” komandasına məxsus Oqenekaro Etebonu icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün İstanbula gələn nigeriyalı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, sentyabrın 17-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin