“Neftçi”nin rəqibindən növbəti transfer
“Neftçi”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şkupi” heyətini gücləndirib.
Komanda.az “Sportmedia.mk” saytına istinadən xəbər verir ki, Şimali Makedoniya klubu müdafiəçi Filip Qliqorovu heyətinə qatıb. “Şkupi” 27 yaşlı futbolçunu “Vlazniya” klubundan transfer edib.
Qliqorov 2016-ci ildə də “Şkupi”də çıxış edib.
“Şkupi” daha əvvəl “Neftçi”nin sabiq futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.
“Neftçi” – “Şkupi” oyunu avqustun 27-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin