“Neftçi”nin rəqibi ispaniyalı futbolçusu ilə vidalaşdı

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Kipr “Aris”i yarımmüdafiəçisi Manu Qarsiya ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, İspaniyadan olan 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona göstərdiyi xidmətlərə görə təşəkkür edilib.

Manu Qarsiya 2021-ci ildən “Aris”də çıxış edirdi. O, əvvəllər “Real Sosyedad”, “Eybar”, “Real Yunion”, “Loqrones” və “Alaves”də də forma geyinib.

“Aris” ötən gün baş tutan “Neftçi” ilə ilk oyunda 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button