“Neftçi”nin rəqibi Bakıya yola düşdü

“Neftçi”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan “Rapid” (Avstriya) Bakıya yola düşüb.

Komanda.az xəbər verir ki, “Rapid” Avstriyanın paytaxtı Vyanadan Bakıya 2800 km yol qət edəcək.

Bu gün saat 19:15-də “Rapid”in baş məşqçisi Ferdinand Feldhoferin “Bakcell Arena”da mətbuat konfransı və məşqi olacaq.

“Neftçi” “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab matçını isə avqustun 11-də Vyanada keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button