“Neftçi”nin qapıçısı Türkiyə nəhənginə keçə bilər
“Neftçi”nin qapıçısı İvan Brkiç Türkiyənin “Trabzonspor” klubuna keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “vecernji.hr” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 28 yaşlı xorvatiyalı qapıçı Bakı klubunun heyətində xoşbəxt olsa da, həmyerlisi Nenad Byelkanın “Trabzonspor”a baş məşqçi təyin olunması vəziyyəti dəyişə bilər:
“Brkiçin “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Onunla maraqlanan bir neçə klub var, hətta beşinci liqadan da əlaqə saxlayıblar. Buna baxmayaraq, Brkiç Bakıda xoşbəxtdir, yəqin ki, komandasını dəyişməyəcək. Klub da ondan razıdır, yeni müqavilə imzalamağa hazırdır. Ancaq Nenad Byelkanın “Trabzonspor”a keçidi onun da Türkiyəyə yolunu aça bilər”.
Brkiç 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edir.
Bizi Facebook-da izləyin