Kamran Quliyevin “Qalatasaray”dan transfer etmək istədiyi futbolçu
“Neftçi”nin prezidenti Kamran Quliyev Türkiyənin “A Spor” telekanalına açıqlama verib.
Komanda.az xəbər verir ki, Quliyev, Türkiyə futbolunun son dövrlərdəki inkişafından danışıb:
“Türk futbolunu 1995/96 mövsümündən etibarən daha yaxından izləyirəm. 1998-ci ildəki zəfərinizdə çox sevindik. İndi yeni futbolçular gəlir, akademiyalarınız yaxşı oyunçular yetişdirir. Türkiyə milli komandasına baxdıqda futbolçuların əksəriyyətinin Avropa klublarında oynadıqlarını görürük.
Püşkdə “Qalatasaray”ın bizə rəqib olacağını düşünürdüm. Hazırda zəif rəqib yoxdur. “Qalatasaray”ı gördükdə çox sevindim, bu matça bayram ab-havasında çıxacağıq. Bir tərəfdən də çox məyus oluruq ki, oyunda azarkeşlərimiz yer almayacaq”.
Kamran Quliyev “Qalatasaray”dan kimi komandanıza transfer etmək istəyərdiz” sualına da “Arda Turanı” deyərək, cavab verib.
“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin