“Neftçi”nin prezidenti azarkeşlərə müraciət etdi

“Matçın final fitindən sonra dedim ki, sonadək mübarizə aparıb turu keçəcəyik”.

Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin prezidenti Kamran Quliyev Konfrans Liqasında Kiprdə “Aris”lə oyun (0:2) barədə danışarkən deyib. O, komandasına, baş məşqçiyə və futbolçulara inandığını bildirib:

“0:2 hesabı faciə deyil. Bacardığımızı göstərə bilmədik. İnanıram ki, sonuncu oyunda qalib gələcəyik”.

Quliyev azarkeşlərə də müraciət edib:

“Fürsətdən istifadə edib azarkeşlərə müraciət edirəm. Gəlsinlər, komandamızı dəstəkləsinlər. “Neftçi”ni azarkeşsiz təsəvvür etmək olmaz”.

Bizi Telegramda izləyin

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button