Avropa Liqası: “Qarabağ” və “Neftçi”nin potensial rəqibləri bilindi
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Neftçi”nin də potensial rəqibi məlum olub. Bakı təmsilçisi 3-cü təsnifat mərhələsindəki rəqibi İsrailin “Bney Yehuda” klubunu mübarizədən kənarlaşdıracağı halda, “Malmö” (İsveç) – “Jirinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən və Kiprin APOEL klubu ilə qarşılaşacaq “Qarabağ” 3-cü təsnifat mərhələsində mübarizəni dayandırarsa, yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək. “Köhlən atlar” bu mərhələdə “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) qalibi ilə qarşılaşacaq. “Sutyeska”nı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində APOEL mübarizədən kənarlaşdırıb.
Avropa Liqası, pley-off mərhələsi
Çempionlar yolu
Sutyeska (Monteneqro)/Linfild (Şimali İrlandiya) – APOEL (Kipr)/ Qarabağ (Azərbaycan)
Əsas yol
Malmö (İsveç) – Jirinski (Bosniya və Herseqovina) – Neftçi (Azərbaycan)/Bney Yehuda (İsrail)
Bizi Facebook-da izləyin