“Neftçi”nin potensial rəqibi rumıniyalı hücumçuyla gücləndi
“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi olan Rusiyanın “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Tula təmsilçisi Rumıniyanın “Voluntari” klubundan Aleksandru Tudorieni transfer edib. Bu barədə “Arsenal”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Tudorie ötən mövsüm Rumıniya çempionatında 10 qol vuraraq, bombardirlər siyahısında yer alıb.
“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Speranta”nı keçəcəyi təqdirdə, 2-ci mərhələdə “Arsenal”la qarşılaşacaq.
“Speranta” ilə “Neftçi” arasındakı ilk qarşılaşma iyulun 11-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu isə iyulun 18-də Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin