“Neftçi”nin oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində oktyabrın 19-da, saat 18:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, qiyməti 3 (1B, 2B, 4A), 5 (3B), 10 (3A) və 20 (VIP) AZN təşkil edən biletləri bu keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button