
“Neftçi”nin oyununun başlama saatı dəyişdirildi
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”nin “Sakaryaspor”a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.
Komanda.az Sakarya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 6-da keçiriləcək oyun əvvəldən nəzərdə tutulduğu kimi, saat 17:00-da deyil, 15 dəqiqə tez başlayacaq. Bu qərar klubların qarşılıqlı razılığı ilə qəbul olunub.
“Neftçi” təlim-məşq toplanışı çərçivəsində ümumilikdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin