“Neftçi”nin oyunu albanlara tapşırıldı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Arsenal” (Tula, Rusiya) – “Neftçi” matçının təyinatları açıqlanıb.
Komanda.az “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.
İyulun 25-də “Arsenal” mərkəzi stadionunda keçiriləcək “Arsenal” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin