
“Neftçi”nin oyunçusu sıradan çıxdı
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, futbolçu son məşqlərdən birində sol diz oynağından zədə alıb. Hazırda müalicə olunan Rəhman Hacıyevin yaxın müddətdə fərdi məşqlərə başlayacağı gözlənilir.
Hacıyev bu mövsüm 14 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin