
“Neftçi”nin məşqçisi 5 oyunluq cəzalandırılıb
AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK-nın məşqçisi Əli Hüseynovu beş oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Buna 15-ci turda baş tutan “Neftçi” İK – “Baku Fire” matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə, o, beş oyunluq diskvalifikasiya edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin