“Neftçi”nin Müşahidə Şurasının üzvü “SOCAR Türkiyə”dəki vəzifəsindən azad edildi
“Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsindən azad edilib.
Komanda.az xəbər verir k, bu haqda SOCAR məlumat yayıb. Qəhrəmanov “Nefçi”ni idarə edən şəxslərdən biri sayılır. O, 2016-cı ildən “SOCAR Türkiyə”nin rəhbəri idi.
Qəhrəmanov SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
Elçin İbadov isə “SOCAR Türkiyə’’nin yeni baş direktoru təyin olunub. O, son təyinata qədər şirkətin neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) vəzifəsində çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin