“Neftçi”nin müdafiəçisi rəsmən “Səbail”də
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “dənizçilər” “Neftçi”nin müdafiəçisi Nihad Qurbanlını icarəyə götürüb.
21 yaşlı oyunçu ilə 2022/23 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Nihad Qurbanlı Azərbaycanın U-21 yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin