“Neftçi”nin müdafiəçisinin cəzası məlum oldu
“Neftçi”nin futbolçusu Yuri Matiasın cəzası açıqlanıb.
Komanda.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda “Sabah”a qarşı keçirilən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alan braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.
28 yaşlı legioner həm də klubunun 500 manat cərimələnməsinə səbəb olub.
Oyun bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.
Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.
“Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin