“Neftçi”nin müdafiəçisi oynadı, “Qarabağ”la “Sabah”ın legionerləri ehtiyatda qaldılar
Futbol üzrə Gürcüstan yığması AÇ-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, Villi Sanyolun çalışdırdığı kollektiv A qrupu çərçivəsində doğma meydanda Norveçlə qarşılaşıb.
Batumidə baş tutan matçda qalib müəyyənləşməyib. Hesabı ilk hissədə qonaqlar açsa da, meydan sahibləri fasilədən sonra tarazlığı bərpa ediblər.
Azərbaycan klublarından Gürcüstan millisinə dəvət alan üç futbolçudan yalnız biri bu matçın iştirakçısı olub. “Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili və “Sabah”ın hücumçusu Davit Volkov isə ehtiyatda qalıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin