
“Neftçi”nin MOİK-lə oyununun vaxtı bilindi
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə vaxtı və yeri dəqiqləşib.
Komanda.az xəbər verir ki, 4-cü dövrənin ilk turu aprelin 9-da “Murov” Voleybol Klubunun idman zalında təşkil olunacaq.
16-cı turun ilk qarşılaşması saat 15:00-da “Neftçi” ilə MOİK arasında olacaq. Ardınca saat 17:00-da “Ekspress” “Murov”u sınağa çəkəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin