“Neftçi” rəsmisindən Fatih Terim iddialarına cavab

Türkiyəli mütəxəssis Fatih Terim “Neftçi”nin “sükanı arxasına” keçə bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Akşam” nəşri Terimin mövsümün sonunda “Neftçi”nin baş məşqçisi postuna keçəcəyini yazıb.

Bununla bağlı “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı Komanda.az-a açıqlama verib. Klub rəsmisi bu məlumatın saxta xəbər olduğunu bildirib:

“Yalan, saxta xəbərdir”.

Terim son olaraq Yunanıstanın “Panatinaikos” klubunda çalışıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button