“Neftçi”nin məşqçisi “Keşlə” üzərində qələbədən danışdı

“Neftçi”nin məşqçisi Vəfadar Quliyev Azərbaycan Premyer Liqasında 25-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, baş məşqçi Samir Abasov cəzalı olduğu üçün 3:0 hesabıyla qalib gəldikləri oyunda komandanı meydana çıxaran mütəxəssis, qələbə ilə bağlı bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. Meydança amili sözünü dedi. Həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğuna görə, çətinliklərimiz vardı. Vacib qələbə qazandıq. Əsas üç xal idi. Növbəti oyuna hazırlaşacağıq.

Yusuf Lavaldan istədiyimizi alırıq. Stiven Monrozun çox oyun şansı qazanmaması bununla bağlı ola bilər. Bu o demək deyil ki, Monroz oynamayacaq. Ona da güvənirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button