“Neftçi”nin legioneri üçün 90 dəqiqə və 1 xal
“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisinin heyətində növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, onun formasını geyindiyi bu komanda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Sudan yığmasıyla qarşılaşıb.
Səfərdə baş tutan bu oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabıyla bitib. Komandasının start heyətində meydana çıxmış Kane, sonadək mübarizə aparıb.
Qvineya yığması bu nəticədən sonra 2 xalla yer aldığı İ qrupunda 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin