“Bu, “Turan Tovuz”a qarşı çıxış edən hər komanda üçün problemdir” – “Neftçi”nin legioneri
“Neftçi”nin futbolçusu Kenni Sayef səfərdə “Turan Tovuz”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 8-ci tur oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlama edib.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bütün diqqətlərini bu görüşə yönəltdiklərini bildirib:
“Hamımız tam köklənmişik. Daha sonra irəli baxacağıq. Düşünürəm ki, biz tam hazırıq”.
Sayef Tovuz şəhər stadionun ot örtüyünün süni olması barədə fikirlərini bölüşüb:
“Bu, “Turan Tovuz”a qarşı çıxış edən hər komanda üçün problemdir. 6-7 saatlıq yol qət edəndən sonra süni ot üzərində oynamaq elə də asan deyil”.
Futbolçu son olaraq cəza səbəbindən bu matçda iştirak etməyəcək Yuri Matiasın komanda üçün vacib futbolçu olduğunu vurğulayıb:
“Amma inanıram ki, bu rəqibə qarşı meydana çıxacaq oyunçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki biz “Neftçi”də oynayırıq. Hər kəs tam gücü ilə mübarizə aparmağa çalışacaq”.
Sentyabrın 30-da keçiriləcək “Turan Tovuz” – “Neftçi” görüşü saat 16:00-da start götürəcək.
Bizi Facebook-da izləyin