“Neftçi”nin legioneri koronavirusa yoluxub
“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, qvineyalı futbolçu hazırda ölkəsinin milli komandasının düşərgəsindədir.
Kane ilə yanaşı, bir neçə komanda yoldaşı və millinin məşqçisində də koronavirus aşkarlanıb. Hazırda onların karantinə alındığı bildirilir.
Qeyd edək ki, Kane müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsusdur. O, “Neftçi”də bu mövsümün sonuna qədər icarədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin