“Neftçi”nin legioneri BƏƏ yığmasına qarşı oynadı
“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin yığmasında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, o, Qətərdə keçirilən Asiya Kubokunun qrup mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri yığması ilə oyunun iştirakçısı olub.
1:1 hesabıyla bitən matçın 64-cü dəqiqədə meydana buraxılmış Caber, 90+9-cu dəqiqədə sarı vərəqə də alıb.
Hazırda Fələstin yığması 1 xalla yer aldığı C qrupunda 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin