
“Neftçi” ilə oyundan əvvəl finala yüksəldilər
“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Makkabi” (Hayfa) Toto kubokunda finala yüksəlib.
Komanda.az xəbər verir ki, Hayfa təmsilçisi yarımfinalda “Hapoel”i (Təl-Əviv) 2:0 hesabıyla məğlub edib. “Makkabi”nin qollarını Məhəmməd Abu-Fani və Din David vurub.
“Makkabi” finalda “Hapoel” (Beer-Şeva) ilə qarşılaşacaq. Oyun sentyabrın 21-də keçiriləcək.
“Neftçi” “Makkabi” ilə ilk oyunda 3:3 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab oyunu avqustun 26-da, İsraildə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin