“Neftçi”nin keçmiş prezidenti “Vilyarreal”ın oyununa təyinat aldı
“Neftçi” klubunun keçmiş prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Avstriyada “Austriya” (Vyana) və İspaniya “Vilyarreal”ı arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə paytaxt təmsilçisinin prezidenti olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin