
“Neftçi”nin keçmiş prezidenti UEFA-dan təyinat alıb
“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan növbəti dəfə təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Polşada “Legiya” və Norveçin “Molde” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma fevralın 22-də Varşavada keçiriləcək. İlk matçda Norveç klubu qələbə qazanıb – 3:2.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin