“Neftçi”nin keçmiş prezidenti “Fənərbaxça”nın oyununa təyinat alıb

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Türkiyədə “Fənərbaxça” və Danimarkanın “Norşellannd” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda UEFA nümayəndəsi olacaq.

Sentyabrın 21-də İstanbulda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button