“Neftçi”nin keçmiş futbolçusu Yaponiya tarixinin rəmzi komandasında
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Yaponiyanın futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Komanda.az xəbər verir ki, rəmzi heyətdə “Neftçi”nin keçmiş futbolçusu Keysuke Honda da yer alıb.
Honda 2020/2021 mövsümündə “Neftçi” ilə Azərbaycan Premyer Liqasının qalibi olub. Hazırda Litvanın “Suduva” klubunda oynayan 35 yaşlı futbolçu “ağ-qaralar”ın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin