“Neftçi”nin keçmiş futbolçusu Salahla eyni siyahıda

“Neftçi”nin keçmiş futbolçusu Kvame Karikari 2022-ci ildə ən çox qol vurmuş futbolçuların siyahısında yer alıb.

Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu hazırda 7 qolla 27 – 44-cü pillələri bölüşdürür.

Taylandın “Naxonratçasima” klubunda çıxış edən qanalı fubolçu “Liverpul”dan Məhəmməd Salah, Sadio Mane və “Tottenhem”dən Harri Keynlə eyni sayda qol vurub.

PSJ-dən Lionel Messi və “Mançester Yunayted”dən Kriştiano Ronaldu hərəyə 1
bir qola imza atdıqları üçün siyahıya düşməyib.

İki ay ərzində ən çox qol vurmuş futbolçu isə Kamerun yığmasının və Səudiyyə Ərəbistanı təmsilçisi “Ən-Nəsr”in hücumçusu Vensan Abubakardır. O, iki ay ərzində 11 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button