“Neftçi”nin keçmiş futbolçusu özünə klub axtarır
Yaponiya millisinin və “Neftçi”nin keçmiş futbolçusu Keysuke Honda karyerasını bitirmək niyyətində deyil.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Litvanın “Suduva” klubundan ayrılaraq azad agent statusu alan yaponiyalı futbolçu yeni komanda axtardığını açıqlayıb.
Hazırda Kamboca millisində də məşqçilik edən 36 yaşlı yarımmüdafiəçi, yeni təklifləri dəyərləndirməyə hazır olduğunu bildirib:
“Hələ futbolçu karyeramı bitirməmişəm. Hər gün məşq edirəm, özümü formada saxlayıram. Hansı klubla nə vaxt müqavilə bağlayacağımı bilmirəm. İstənilən vaxt karyeramı bitirə bilərəm. Amma oynamağa davam etmək istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin