“Neftçi”nin keçmiş futbolçusu Kipr klubunda

“Neftçi”nin keçmiş futbolçusu Mamadu Kane Kiprin “Pafos” klubuna keçib.

Komanda.az Kipr təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi klubla 3 illik müqavilə imzalayıb.

26 yaşlı oyunçu Pafos şəhərinin eyniadlı təmsilçisinə Yunanıstan “Olimpiakos”undan transfer olunub.

Mamadu Kane 2019-2021-ci illərdə “Neftçi”nin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button