“Neftçi”nin keçmiş baş məşqçisi 1-ci Liqa klubundan ayrılıb
Birinci Liqa komandası “Qaradağ Lökbatan”da iki ayrılıq baş verib.
Komanda.az-ın əldə etdiyi məlumata görə, məşqçilər – Füzuli Məmməmədovla Rafael Əmirbəyov klubdan ayrılmaq qərarı veriblər.
Füzuli Məmmədov əvvəllər “Neftçi”nin baş məşqçisi postunda çalışıb.
“Qarabağ Lökbatan” son mövsümdə 1-ci Liqada 2-ci yeri tutub. Komanda Premyer Liqaya yüksələ bilməyib. Elitaya vəsiqə qazanan “Şamaxı” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin