“Neftçi”nin kapitanının son durumu açıqlanıb

“Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.

Komanda.az kluba istinadən xəbər verir ki, Premyer Liqanın 26-cı turunda “Kəpəz”lə səfər oyununda zədələnən yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunub.

31 yaşlı futbolçunun bağlarında ciddi zədə olmadığı bildirilib. Artıq müalicə prosesinə başlanılıb. Emin Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.

Mahmudov 3:3 hesabı ilə yekunlaşan “Kəpəz”lə görüşün 78-ci dəqiqəsində əvəzlənib.

“Nefçi” növbəti matçını martın 15-də “Səbail”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button