“Neftçi”nin kapitanı “Səbail”lə matçı buraxa bilər

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Səbail”lə keçiriləcək oyunu buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz”lə 26-cı turun matçında (3:3) zədələnən kapitanın qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək.

Bərpa və müalicə prosesini davam etdirən qapıçı Emil Balayev, müdafiəçi Azər Əliyev və yarımmüdafiəçi Ataa Caber isə qəsəbə təmsilçisi ilə matçda məşqçilər korpusunun sərəncamında olmayacaqlar.

Martın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button