“Neftçi”nin futbolçusunun cəzası açıqlandı
Əvəzedicilər liqasının 3-cü turunda “Sabah-2” ilə keçirilən oyunda təcavüzkar davranışa yol verən “Neftçi-2”nin futbolçusu Rüfət Abbasovun cəzası açıqlanıb.
Komanda.az xəbər verir ki, AFFA İntizam Komitəsi rəqib oyunçunu bilərəkdən təpiklə vuran 18 yaşlı müdafiəçini 4 matçlıq diskvalifikasiya edib.
Onun hərəkəti “Neftçi”ni 300 manat ziyana salıb.
Eyni zamanda, qarşılaşmada ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Sabah-2”nin üzvü İdris İnqilablı komandasının qarşıdakı 2 oyununu buraxmalı olacaq. Paytaxt təmsilçisi isə 150 manat cərimələnib.
“Neftçi-2”nin futbolçusu Həbib İsmayılov isə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb, klubu 50 manat cəriməyə məruz qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin