“Neftçi”nin futbolçusuna 4 oyunluq cəza

AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Qərarın verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci divizionun 16-cı turunda “Neftçi-2″nin heyətində “Qaradağ Lökbatan”la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir. 

Futbolçu bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb. Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.

Oyun “Qaradağ Lökbatan”ın qələbəsi ilə yekunlaşıb – 2:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button