“Neftçi”nin futbolçusuna 2 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına, qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə 1 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Stadiondakı əmlaka “Zirə”nin futbolçusu Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin.
Premyer Liqanın 11-ci turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail”in futbolçusu Tural Bayramlı matçın 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
11-ci turunun “Neftçi” – “Sabah” oyununda “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı matçın 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin