“Neftçi”nin futbolçusu əməliyyat olunub
“Neftçi”nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.
Klubdan Komanda.az-a verilən məlumata görə, Yusifli ikitərəfli qasıq yırtığına görə cərrahi müdaxiləyə ehtiyac duyub.
20 yaşlı yarımmüdafiəçi təxminən 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Fərid Yusifli Premyer Liqanın 17-ci turu çərçivəsində dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin