“Neftçi”nin futbolçusu zədələndi – ölkəsinə getdi
“Neftçi”nin futbolçusu Sezar Meza Kolli zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı zamanı sıradan çıxıb. Onun dizində problem aşkarlanıb. Paraqvaylı oyunçu əməliyyat olunacaq. Buna görə də, Meza Kolli ölkəsinə yola düşüb.
“Neftçi” iyulun 21-də Konfrans Liqasının 2-ci təsnifat mərhələsində səfərdə “Aris”lə (Kipr) ilk matçına çıxacaq. Komandalar arasında cavab oyunu iyulun 28-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin