“Neftçi”nin futbolçusu yenidən sıradan çıxdı
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Zirə” ilə qarşılaşan “Neftçi” Zirədə ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Eddi İsrafilov yenidən zədə alıb.
Rəqib futbolçu İlkin Muradovla mübarizə zamanı ayağından zədə alan milli komandamızın üzvü oyunu davam etdirə bilməyib və meydanı 51-ci dəqiqədə xərəkdə tərk edib. Onun əvəzində meydana 53-cü dəqiqədə İsmayıl Zülfüqarlı buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin