
“Neftçi”nin futbolçusu “Turan Tovuz”da qaldı
“Turan Tovuz” Xəyal Nəcəfovu yenidən icarəyə götürüb.
Komanda.az klubun mətbuatına xiidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu daha 1 il Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.
“Neftçi”yə məxsus olan yarımmüdafiəçi icarə əsasında qarşıdakı mövsümün sonuna kimi Tovuz komandasının şərəfini qoruyacaq.
Son mövsümdə Xəyal Premyer Liqada “Turan Tovuz”un heyətində hamıdan çox – 34 oyunda meydana çıxıb. O, yeni mövsümdə də 10 nömrəli formanı geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin