“Müəyyən zamanlarda çempionluğun mümkünsüz olduğunu düşünürdüm” – “Neftçi”nin legioneri

“Neftçi”nin futbolçusu Tallison Dias Premyer Liqada çempion olmaları haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi, bunun bağlı “instagram” hesabında paylaşım edib:

“Uğurlarıma görə Allaha borcluyam. Bu yol qələbə ilə başa çatdı, lakin asan olmadı. Bəzən tərəddüd edirdim, müəyyən zamanlarda çempionluğun mümkünsüz olduğunu düşünürdüm.

Çox xoşbəxtəm və minnətdarlıq hissimin izahını verə bilmirəm. İnandığınız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər”.

“Neftçi” Azərbaycan Premyer Liqasının sonuncu turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edərək çempion olub.

Tallison “Neftçi” ilə bu mövsüm 22 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button