Monroz: “Ola bilər ki, buna görə kölgədə qalmışam” – Müsahibə
“Neftçi”nin futbolçusu Stiven-Jozef Monroz Avropa Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, fransız futbolçu əvvəlcə oyun haqda fikirlərini bildirib:
- Çox ağır oyun gözləyirdim, belə də alındı. Deyə bilmərəm ki, 3:0 hesablı qələbə gözləyirdim. Ancaq ağır matç keçəcəyini bilirdik. Bu gün oyunçularımız meydanda böyük iş gördü. Mən ehtiyat oyunçular skamyasında əyləşən futbolçularımızı da qeyd etmək istərdim. Güclü ehtiyatımız var. Hər biri əsas oyunçu kimi qiymətləndirilə bilər. Qalibiyyət üçün çox xoşbəxtəm. Ancaq azarkeşlərimizlə olmasaydıq, qələbə qazana bilməyəcəkdik. Onları da təbrik edirəm.
- Bu gün nisbətən zəif çıxış etdiz. Bu barədə fikirləriniz necədir?
- Ola bilsin ki, oyunum sizə zəif görünüb. İlk hissədə uzun top ötürmələri ilə oynayırdıq. Ola bilər ki, buna görə kölgədə qalmışam. Mənim əsas məqsədim özümü göstərmək yox, komandaya kömək etmək idi. Bunun üçün çalışırdım.
- Rəqibin futbolçusu Qriqalava sizə barmaq yelləyib, davaya çağırırdı. Oyundan sonra söhbət etdiz?
- Çöldə heç bir şey olmadı. Futbolda belə şeylər baş verir. Bizim komandamız öndə idi. Rəqib oyunçular emosional idi. Belə şeylər futbolda yaşanır.
- “Bney Yehuda” ilə oyunlar barədə fikirləriniz necədir?
- Meydana qələbə üçün çıxacağıq. Qələbə ruhumuz və mentalitetimiz var. Bu mərhələni keçdik, sabahdan “Bney Yehuda”nı düşünməyə başlayacağıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin