
“Neftçi”nin futbolçusu sıradan çıxdı
“Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Məmmədov son məşqlərdən birində daban oynağından zədə alıb.
Həkimlərin rəyinə görə, Aqil Məmmədov 3-4 həftə müalicə olunacaq. Qolkiper yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.
Aqil bu ilin yanvarında “Neftçi”yə transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin