Samir Abasov Buqrinin gedişini təsdiqlədi: “Fikri-zikri buranı tərk eləmək idi”
“Neftçi”nin futbolçusu Sabir Buqrin klubu tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlər üçün təşkil olunmuş brifinqdə deyib:
“Onun getməsi xoş hal deyil. Çünki Sabir aparıcı oyunçumuz idi. Onunla nə qədər oturub danışdıq da. Amma adamın fikri-zikri buranı tərk eləmək idi. Maddiyatın nə dərəcədə rol oynadığını bilmirəm. Düşündük ki, oyunçu bu fikirdədirsə, onun keçidindən biz niyə pul qazanmayaq”.
Buqrin Tunisin “Esperans” klubu ilə razılaşıb.
2020-ci ilin yayından “Neftçi”də çıxış edən Buqrin Bakı klubu ilə 37 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin