
“Neftçi”nin futbolçusu “Sabah”la matçda olmayacaq
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının 11-ci turunun “Sabah”la qarşıdakı oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, 10-cu turun “Səbail”lə görüşündə zədələnən Hacıyevin bir həftə meydanda olmayacağı dəqiqləşib.
31 yaşlı yarımmüdafiəçi “Səbail”lə matçda ilk hissənin sonlarında meydanı məcburiyyətdən tərk etmişdi.
“Sabah” – “Neftçi” görüşü oktyabrın 27-də keçiriləcək və oyuna saat 17:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin