“Neftçi”nin futbolçusu “Qarabağ”la oyunu buraxacaq
“Neftçi” Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qarabağ”la matça itki ilə çıxacaq.
Komanda.az klubun televiziyasına istinadən xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı açıqlama verib.
O bildirib ki, zədədən sonra fərdi məşqlərlə kifayətlənən yarımmüdafiəçi Rəhman Hacıyev Ağdam klubu ilə bu gün keçiriləcək səfər oyununda iştirak edə bilməyəcək.
Sağ baldır əzələsindəki dartılmaya görə bir müddətdir yaşıl meydanlardan uzaq qalan futbolçunun gələn həftə kollektivlə məşqlərə qoşulması planlaşdırılır.
“Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin